Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-18 14:53:00
Distant təhsil üçün lazımi didaktik kiberməkanın yaradılması istiqamətində müəyyən işlər görmüşük – AÇIQLAMA

"Azərbaycanda distant təhsil sistemini reallaşdırmaq üçün onun normativ hüquqi bazasını hazırlamaq lazımdır”.

 AzEdu.az xəbər verir ki,  bu sözləri  eksklüziv açıqlamasında texnika elmləri doktoru, professor Həsən Hüseynov deyib. 

 Alim bildirib ki, hazırda Təhsil Nazirliyində, eləcə də bir sıra universitetlərdə iş gedir: “Pilot layihələr, Avropanın həyata keçirdiyi, xüsusən, Erasmus+ layihəsi çərçivəsində ciddi addımlar atılır”. 

 Onun sözlərinə görə, distant təhsil haqqında diplomun tanınması üçün sözügedən sənədi əsaslandıran normativ hüquqi baza olmalıdır: “Distant təhsil sadə məsələ deyil. Hər kredit yükü üçün tələbə 30 saat işləməlidir, tyutor xidməti tərəfindən 30 saatlıq qeydiyyatdan keçməlidir ki, bu tələbə filan fənn üzrə həqiqətən çalışıb. Sonda da imtahan verməlidir ki, həmin krediti qazana bilsin”. 

 “Bütün bunlar üçün də çox mürəkkəb bir sistemi işləyib hazırlamaq, sonra da tətbiq etmək lazımdır”deyə, professor diqqətə çatdırıb.  (TED.az)