Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-18 13:00:50
TN: “Bu proqram üzrə 100-ə yaxın şəxsin təhsili maliyyələşdiriləcək”

“Xaricdə doktorantura təhsili üzrə Dövlət proqramı çərçivəsində hər semestr ərzində 40-50, bir il ərzində ümumilikdə 100-ə qədər tələbənin təhsil xərcləri maliyyələşdiriləcək"

AzEdu.az xəbər verir ki, bunu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı mətbuat konfransında Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, proqramın əsas mahiyyəti Azərbaycan təhsilinə töhfə verməkdir:

“Xaricdə doktorantura təhsili üçün proqrama qəbul ildə iki dəfə həyata keçiriləcək. Növbəti qəbulun yay aylarından başlayaraq elan olunması nəzərdə tutulub. Əgər, gələcəkdə xaricdə doktorantura təhsili almaq istəyən şəxslərin və xarici universitetlərə qəbul olunanların sayında artım olarsa, maliyyə məsələlərinə yenidən baxıla bilər”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları