Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-18 12:47:00
Dövlət hesabına oxuyub, hazırda müəllimlik edənlər-Nümunəvi məzunlar

“Proqramın əsas mahiyyəti Azərbaycan universitetlərinin potensialının gücləndirilməsidir. Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində hazırda 100-dən çox məzun universitetlərimizdə müəllim kimi çalışır. Bu proqramın da əsas mahiyyəti gələcəyin fəlsəfə doktorlarının Azərbaycan universitetlərində dərs deməsidir”.

AzEdu.az xəbər verir ki, bu barədə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı mətbuat konfransında Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli məlumat verib.

Onun sözlərinə görə, proqrama qoyulan əsas tələblərdən biri üçtərəfli müqavilənin olmasıdır:

“Universitetdə təhsil almaq istəyən şəxs qayıdanda hansı universitetdə çalışacaqsa o universitetlə, eyni zamanda Təhsil Nazirliyi ilə müqavilə imzalanır. Həmin şəxslər əmin olurlar ki, gələcəkdə ölkəyə döndükdən sonra iş yerləri olacaq. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, proqramın maliyyə hissəsi Dövlər Neft Fondu tərəfindən ödəniləcək”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları