XƏBƏRLƏR

18.11.2019 12:30
Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi şərtləri açıqlandı

“Proqram kifayət qədər yenidir və müxtəlif şərtləri var. Ən vacib məsələ ondan ibarətdir ki, dövlət proqramından yararlanmaq istəyənlər ilk öncə xarici universitetlərdə qəbul olunmalıdırlar”.

AzEdu.az xəbər verir ki, bu barədə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib.

Onun sözlərinə görə, xaricdə təhsil üzrə dövlət proqramını davam etdirmək məqsədilə Təhsil Nazirliyi və Azərbaycan hökuməti ortaq qərara gəlib:

“Birinci istiqamətimiz xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsidir. Qaydalar artıq təsdiq olunub. Bugündən etibarən doktoranturaya qəbul barədə elan Təhsil Nazirliyinin saytında yerləşdirilib. Ən vacib məsələ ondan ibarətdir ki, dövlət proqramından yararlanmaq istəyənlər ilk öncə xarici universitetlərə qəbul olunmalıdırlar. Digər əsas məsələ, universitetin 2 beynəlxalq reyting cədvəlində yer almasıdır. Onlardan biri “Times higher education university rankings” digəri isə “ShanghaiRanking”-dir. Proqrama 2 reytinq cədvəli üzrə, təxminən 600-dən çox universitet daxildir. Hazırda bu cür universitetlərdə təhsil alanalar da bu proqramdan yararlana bilərlər”.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu