Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-18 12:20:00
Region gənclərini dövlət qulluğuna təşviq edən layihə -FOTO  

 “Region gənclərinin dövlət qulluğuna təşviqi” adlı layihə çərçivəsində təlimlərə start veriib.

 AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Dövlət İmtahan Mərkəzinin tərəfdaşlığı ilə  “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən “Region gənclərinin dövlət qulluğuna təşviqi” adlı layihənin icrasına 15 noyabr Mingəçevir və 16 noyabr Gəncə şəhərlərində həyata keçirilmiş təlimlərlə start verilib. 120-yə yaxın region gəncinin iştirakı ilə baş tutan təlimlərdə dövlət qulluğu, qulluğa qəbul, bu sahədə mövcud qanunvericilik,  gənclərin peşə seçimi, dövlət qulluğuna hazırlaşmaq metodikası, Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla bağlı həyata keçirdiyi yeniliklər, dövlət qulluğunun üstünlükləri, www.dim.gov.az saytından istifadə qaydaları gənclərə ətraflı öyrədilib.

 Təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşı Rüfət Ağayevin təqdimatında baş tutmuş və gənclərin böyük marağına səbəb olub. İştirakçılar tərəfindən təlimçiyə müxtəlif suallar ünvanlayıb, fikir mübadiləsi aparılıb və bütövlükdə aktiv iştirakçılıq təlimin əsas metodikası olub. Layihə çərçivəsində nəşr edilmiş dövlət qulluğuna qəbulla bağlı maarifləndirici toplu region gənclərinə paylanılıb.

 Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və tədbirlər qeyri-formal foto çəkilişlər və çay süfrəsi  ilə başa çatıb.

 Növbəti təlimlər noyabrın 29-u Lənkəran şəhərində və noyabrın 30-u Şamaxı rayonunda həyata keçiriləcək. Region gənclərini təlimlərdə fəal iştiraka dəvət edirik.