Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-18 11:05:00
Neftçalada məktəbli naməlum səbəbdən ölüb

Neftçalada 11 yaşlı uşaq ölüb.

AzEdu.az-ın məlumatına görə, rayon sakini, 2008-ci il təvəllüdlü Həsən Abdullazadənin Neftçala rayon Xəstəxanasında ölməsi ilə bağlı rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub. 

Yaxınların verdiyi məlumata görə, H. Abdullazadədə noyabrın 17-də kəskin baş ağrıları olub və xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq H. Abdullazadə xəstəxanada ölüb.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır. (Apa)