Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-18 10:14:00
Cəlilabadda gənc müəllim evində ölü tapılıb  

Cəlilabadda evdən meyit aşkarlanıb.

AzEdu.az-ın məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Nazim Alişanov adına Maşlıq kənd məktəbində riyaziyyat müəllimi işləyən, 1983-cü il təvəllüdlü Miriyev Zəfər Şirzaid oğlu yaşadığı mənzildə ölü tapılıb. 

Ölümün səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

 Faktla bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (Apa)