Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-18 09:30:00
Direktor müavinləri nə qədər əməkhaqqı alırlar? - Məbləğ

AzEdu.az mütəmadi olaraq, direktorların işə qəbul müsabiqəsi, namizədləri maraqlandıran sualların cavabı barədə yazılar yayımlayır. Bu kimi məlumatlar direktor müavinlərinə də fəaliyyətləri zamanı kömək xarakteri daşıyır.

Direktor müavini olmaq istəyənləri ən çox maraqlandıran məqamlardan biri də əməkhaqqı məsələsi ilə bağlıdır.

Sual:

Məktəb direktorlarının müavinləri nə qədər maaş alırlar?

Cavab:

AzEdu.az məlumat verir ki, Nazirlər Kabineti bu il dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan direktor və müavinlərinin vəzifə maaşları ilə bağlı qərar qəbul edib. 2019-cu il, martın 1-dən qüvvəyə minən qərara görə, direktor və müavinlərinin aylıq vəzifə maaşları artırılıb.

İndiyə qədər bu ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 482 manat olub. Dəyişiklikdən sonra direktorların aylıq vəzifə maaşı 587 manata qaldırılıb. . Direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 % aşağı müəyyən edilib. Yəni, hazırda direktor müavinlərinin aylıq vəzifə maaşları 528 manatdır.

Qeyd eədk ki, Bakıda direktor müavinlərinin işə qəbulu ikimərhələli müsabiqə yolu ilə həyata keçirilir. I mərhələ test imtahanları, II mərhələ isə müsahibədən ibarət olur. İmtahan zamanı suallar Məntiq, İnformatika və vəzifə səlahiyyətləri ilə bağlı olur. Namizədlərə 1 saat ərzində cavablamaq üçün 40 sual təqdim edilir.

Bölgələrdə isə müavinlərin işə qəbulu imtahan əsasında aparılmır. Rayonlarda bu proses direktorun təlimatı, Təhsil Şöbəsinin razılığı ilə həyata keçirilir. Müavin olmaq üçün mütləq hazırda həmin orta təhsil müəssisəsində işləyən müəllimlər təklif edilirlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları