Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 12:55:52
Evdə təhsil alanların sayında 40 faiz artım – Ayrı-seçkilik “baykot”a səbəb olur

Böyük Britaniyada evdə təhsil alan uşaqların sayında 40 faizdən çox artım müşahidə edilib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin hər yerindən minlərlə uşaq məktəbdə deyil, evdə təhsil alırlar. Valideynlər evdə təhsilə üstünlük vermələrini, uşaqlarının məktəbdə ayrı-seçkiliyə məruz qalması ilə əlaqələndirirlər.

Son məlumatlara əsasən, 2016-2017-ci tədris ilində 48,000 uşaq evdə təhsil alıb. Bu göstəricilər, 2014-2015-ci illərdə isə 34 min təşkil edib. Bu da, evdə təhsilə cəlb olunan uşaqların 2-3 il ərzində 41 faiz artdığını göstərir.

İngiltərənin Cənub - şərqində yerləşən Wight Adası, evdə təhsil alan şagird nisbətinin ən yüksək olduğu yerdir. Bu bölgədə təxminən hər 50 uşaqdan biri evdə təhsil alır.

Sistemdən kənarda qalan şagirdlər üçün narahat olan hökumət, evdə təhsil alan şagirdlərin valideynlərinin, bunu dövlətə bildirmələrini qanunla məcburi edib.