XƏBƏRLƏR

16.11.2019 16:04
Təhsil Kompleksində ədəbi-bədii kompozisiya: Məndə sığar iki cahan...

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Məndə sığar iki cahan...” mövzusunda tədbir keçirilib.

AzEdu.az  xəbər verir ki, tədbirdə bu təhsil müəssisəsinin direktoru, Əməkdar müəllim Sara Xanlarova Azərbaycan Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.

Ümummilli lider Heydər Əliyevin İmadəddin Nəsimi yaradıcılığına xüsusi önəm verdiyini vurğulayan direktor Ulu Öndərin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin UNESKO-nun tədbirləri siyahısına daxil edildiyini xatırladıb. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyevin qayğısı nəticəsində böyük şairin əsərləri geniş şəkildə tədqiq və təbliğ olunub.

S.Xanlarova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Nəsimi irsinə böyük diqqət göstərildiyini bildirib.

Nəsimi yaradıcılığından danışan direktor onun ədəbiyyat və fəlsəfi fikir tarixində özünəməxsus yeri olduğunu deyib. Qeyd edilib ki, böyük şairin ədəbiyyatımızın inkişafında, zənginləşdirilməsində əvəzsiz xidmətləri olub. Nəsimi klassik Azərbaycan poeziyasına mühüm yeniliklər gətirmiş böyük söz ustadıdır, onun ədəbi irsi bənzərsizdir.

Nəsiminin ölməz əsərlərinin əhəmiyyətini diqqətə çatdıran S.Xanlarova şairin qəzəllərinin dünya söz sənətinin gözəl nümunələri olduğunu söyləyib. O, “Məndə sığar iki cahan, mən bu cahana sığmazam, Gövhəri-laməkan mənəm, kövni-məkana sığmazam”- deyən Nəsiminin böyüklüyünü diqqətə çatdırıb.

“İmadəddin Nəsimi həqiqət tərəfdarı idi. Onun yaradıcılığında insana sevgi, məhəbbət duyğuları əsas yer tutur”,- deyə S.Xanlarova vurğulayıb.

Təhsil Kompleksinin dil və ədəbiyyat müəllimi Nəsrəddin Şəfiyev respublikamızda və xarici ölkələrdə böyük Azərbaycan şairi İmadəddin Nəsimi yaradıcılığına həsr edilmiş tədbirlər keçirildiyini bildirib. Nəsimi irsi ilə bağlı fikirlərini qeyd edən N.Şəfiyev onun tədqiq və geniş təbliğ olunduğunu deyib.

Sonra mövzu ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

İlin gənc müəllimi-Müraciət formu