Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-16 11:39:00
Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti TRT telekanalında olub

Azərbaycan və Türkiyənin peşə təhsili sahəsində əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün 2019-2020-ci tədris ili ərzində Türkiyədə təşkil olunan təlimlər davam edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə birinci katibi Nəcibə Nəsibova təlimlərə qoshularaq peşə təhsili müəssisələrinin nümayəndələri ilə görüşüb.

İzmir şəhərində keçirilən liderlik təlimləri zamanı iştirakçılar bir neçə peşə liseyinin maddi-texniki bazası, tədris olunan ixtisaslar haqqında məlumatlar əldə ediblər.

Təlimlər zamanı incəsənətlə bağlı nümayəndə heyəti TRT telekanalında iş prosesini izləyib.

Xatırladaq ki, təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyi rəhbərliyinin, peşə təhsili müəssisələrinin idarə heyətinin və müxtəlif peşə istiqamətləri üzrə istehsalat təlim ustaları və ixtisas fənn müəllimlərinin iştirakı ilə Ankara, İstanbul və İzmir şəhərlərində təşkil olunub.

Liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə keçirilməsi planlaşdırılan 2-12 həftəlik təlimlərin təşkilində məqsəd peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyətinin ixtisasartırmasıdır.