Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 13:37:00
Təlimçi ABŞ təhsilinin möcüzələrindən danışacaq -TARİX

Beynəlxalq təhsil həftəsi çərçivəsində Azərbaycana səfər edən professor Deyvid Vik, ABŞ-da təhsil almaq istəyənlər üçün tövsiyələrini verəcək.

AzEdu.az ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki,  professor Deyvid Vik, 20 il ərzində, tələbə mobilliyi proqramlarını dəstəkləmək üçün ABŞ-ın dörd universitetində çalışıb. Hazırda Monterey şəhərindəki Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunda dosent olaraq beynəlxalq təhsilin idarə olunması mövzusunda magistr tələbələrinə dərs deyir.

Onun hazırkı peşəkar rəhbərlik fəaliyyətlərinə Macalester Kollecinin Məzunlar Şurasının prezidenti, Xaricdə Təhsilin Keyfiyyətinin Yaxşılaşdırılması Proqramı üzrə rəyçi və Xaricdə Təhsil İnstitutunun İnklüziv Mükəmməllik üzrə Məşvərət qrupunun məsləhətçisi kimi xidmətlər daxildir.

Deyvid Vik Bakı Amerika Mərkəzində çıxışının mövzusu ABŞ-da təhsil haqqında miflər və reallıqlardır.

Bu təqdimat bakalavr və magistr tələbələri üçündür.

Tədbir 19 noyabr saat 18:00-da baş tutacaq.

Qeyd edək ki, tədbir hər kəs üçün açıq və iştirak ödənişsizdir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları