Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 12:48:00
“UniTalks”-startapları necə təqdim etməli?

Bakı Mühəndislik Universitetinin (BMU) Texnopark və innovasiya mərkəzinin, eyni zamanda Texnoklubun birgə təşkilatçılığı ilə “UniTalks”ın növbəti təlim-seminarı baş tutub.

“Start-up introduction matrix” adlı təlim-seminarda startapların necə təqdim olunmasından bəhs olunub.

Seminarda mövzu ilə bağlı təqdimat diqqətə çatdırılıb. Eyni zamanda, gənclərin startaplarının və gözəl ideyalarının olmasına baxmayaraq bazara çıxara bilməmələrindən, ideyanı reallaşdırmaq üçün maliyyə vəsaitinə necə qənaət olunmasından, həmçinin investorları cəlb etməyin yollarından danışılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.