XƏBƏRLƏR

14.11.2019 17:48
Nazir müavini Şamaxı, Qobustan və Ağsu rayon təhsil işçiləri ilə görüşüb

Noyabrın 14-də Şamaxı rayonu Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.

Öncə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və digər qonaqlar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Tədbirdə Şamaxı, Qobustan və Ağsu təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib, həmçinin təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən ətraflı bəhs edib.

Sonra qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri iştirakçıların diqqətinə çatdırıb. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə tövsiyə və tapşırıqlarını verib, onlara uğurlar arzulayıb.

Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.

Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib.

İlin gənc müəllimi-Müraciət formu