XƏBƏRLƏR

14.11.2019 18:00
Xəzərin səth sularının temperaturu müzakirə edilib

AMEA-nın Coğrafiya İnstitutunun Elmi Şurası ilə Elmi seminarının növbəti birgə iclası keçirilib.

AzEdu.az xəbər verir ki, iclasda Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru  Zabit Allahverdiyevin peyk  məlumatlarına  əsasən,   Xəzər  dənizinin səth sularında temperaturun  tədqiqi üzrə elmi- tədqiqat işi müzakirə edilib. Xəzər dənizinin səth sularında orta aylıq, mövsümü, illik və çoxillik temperatur paylanmalarının gedişatı,  onları xarakterizə edən  xəritələrin tərtib edildiyi haqqında  geniş məlumatlar verilib. 2001-2015-ci illər ərzində Xəzər dənizinin səth suyunun temperaturunun  0.350C, ildə isə orta hesabla 0,0230C artdığı qeyd edilib.

Sonra İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Mingəçevir şəhərində  “Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda keçirilən elmi-praktiki konfrans haqqında məlumat verib.

 Konfransın işi Elmi Şura üzvləri tərəfindən müsbət qiymətləndirilib.

İlin gənc müəllimi-Müraciət formu