Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 17:48:00
5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarılıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirir.

AzEdu.az xəbər verir ki, sərgidə universitet tələbələrinin 36 rəsm və əl işi nümayiş olunur. Onların arasında ən qiymətli yaradıcı iş gəmi maketidir,  dəyəri 5 min manatdan baha qiymətləndirilir.  

Qeyd olunduğuna görə sərgidə nümayiş etdirilən bütün əl işi və rəsm əsərləri şifrələnib və qaliblərin seçimi gizli üsulla aparılır. 

Qaliblərin  mükafatlandırılma mərasimi noyabrın 15-də keçiriləcək.