XƏBƏRLƏR

14.11.2019 15:30
Bütün  abituriyentləri  sevindirəcək   fürsət - Xəbərsiz olmuşuq ki...

Məlum olduğu kimi buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq.

Bu nəticələr cari və növbəti tədris illərində abituriyentə kolleclərə keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ verir.

Məsələylə bağlı abituriyentlərə bəzi məqamlar qaranlıq qalıb.

Bu il buraxılış imtahanında iştirak edən məzunlar növbəti il yenidən imtahana qatılarsa, bu zaman onun əvvəlki nəticəsi ləğv olunurmu?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, abituriyentin əvvəlki nəticəsi yenidən imtahanda iştirak etsə belə ləğv olunmur. Şagird müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

Xatırladaq ki, abituriyent ötənilki nəticə ilə qəbul imtahanının I mərhələsində iştirak etməyib blok imtahanı verirsə, bu zaman, onun ötənilki buraxılış balı blok imtahanında topladığı nəticənin üzərinə gələrək cəmlənir.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu