Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 14:38:00
“Voltran” rayon şagirdlərinə leqo, dron, 3D qələm və proqramlaşdırma öyrədir

Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü Qrant müsabiqəsinin qaliblərindən olmuş “Voltran Robototexnika üzrə yay məktəbi” layihəsi çərçivəsində dərslər davam etdirilir.

AzEdu.az xəbər verir ki, layihə Astara rayonunun Qapıçıməhəllə kəndində həyata keçirilir. Layihə 21 avqustdan etibarən icra edilməyə başlanılıb. Layihəyə seçilmək üçün şagirdlər öz əl işlərini təqdim edərək robototexnika, kompüter, məntiq və s. üzrə ekspertlərin suallarına cavab veriblər və ən yaxşı olan 20 nəfər şagird iştirakçı seçiliblər.

Dərslər isə 11 sentyabrdan başlanıb. İlkin olaraq şagirdlərin kompüter bilik və bacarıqlarının artırılması üçün dərslər keçirilib. Layihə çərçivəsində hər bir iştirakçı şagirdə xusüsi geyimlər hədiyyə olunub.

Layihənin həyata keçirilməsi üçün “Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası” ilə əməkdaşlıq edilir. 22 sentyabrdan etibarən təlimçi Emin Bayramovun rəhbərliyi ilə robototexnika dərsləri – lego dərsləri keçirilməyə başlanıb. Hər bazar günü iki növbəli olmaqla gündə 5 saat dərs keçirilir. Oktyabr ayı ərzində şagirdlərə həmçinin dron və 3D qələmlərini öyrənmə dərsləri keçirilib. Şagirdlərə müəyyən qədər də proqramlaşdırma öyrədilir. Noyabr ayı ərzində təlimçi Məhəmməd Hacıyev robototexnika dərslərini davam etdirib. Həmçinin layihə çərçivəsində elektronika da (günəş paneli, voltaj və s.) alınıb.

Layihə rəhbəri Həbib Əlizadə məlumat üçün bildirdi ki, 17 noyabr saat 11:30-da Astara rayonu Qapıçıməhəllə məktəbində açıq dərs və sərgi keçiriləcək. Şagirdlər öyrəndikləri legolar, 3D qələm, dron, elektronika və s. üzrə təcrübi təqdimatlar edəcəklər.
Sərgidə media nümayəndələri, valideynlər, müəllim və şagirdlər iştirak edə bilər. Həmçinin bütün ictimaiyyət üçün sərgi açıq olacaq. Gəlmək istəyənlər öncədən bildirərək gələ bilərlər.

Layihə 21 noyabrda baça çatacaq. Bu layihə cənub bölgəsində kənd məktəbində keçirilən ilk belə layihədir. Layihəyə Astara üzrə ümumilikdə 6 məktəbdən şagirdlər qoşulub. Bu linkdəki layihənin rəsmi səhifəsindən layihə haqda mütəmadi məlumatlar əldə etmək mümkündür: https://www.facebook.com/VoltranRobototexnikaLayihesi/