Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 12:43:56
Buraxılış imtahanında 13%-dən çox şagird “5” alıb - Zaqatalanın qəbul göstəriciləri

2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

Budəfəki  yazıda Zaqatala rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 1136 şagird bitirib, onların 1123 nəfəri buraxılış imtahanında iştirak edib və 675 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 17.03%-i “2”, 44.20%-i “3”, 25.82%-i “4”, 12.95%-i “5”, riyaziyyat fənni üzrə 26.98%-i “2”, 32.86%-i “3”, 22.97%-i “4”, 17.19%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 24.04%-i “2”, 41.59%-i “3”, 21.02%-i “4”, 13.36%-i “5” qiyməti alıb. Ümumilikdə, 1127 nəfər attestat alıb.

Rayon abituriyentlərinin I-IV qruplarda ədəbiyyat, biologiya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır. Fərq ədəbiyyatdan - 12.76%, biologiyadan - 18.09%, tarixdən - 12.77%, coğrafiyadan - 3.74%, ingilis dilindən - 8.78% təşkil edir. Ana dili, riyaziyyat, fizika və kimya fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır.

Rayon məzunlarının 65 nəfəri 500-dən, o cümlədən 25 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 267.854-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 2.2% aşağıdır.

Beləliklə, rayon abituriyentlərinin yalnız 37.95%-i 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 2.19%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 35.77%-dir. Qəbul imtahanlarında 49 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Paşan kənd tam orta məktəbinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Ak. Z.Əliyeva adına Texniki fənlər liseyi,Tala kənd 1 saylı və Göyəm kənd tam orta məktəbləri daxil olub.