Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 13:13:00
Norveçli müəllim ADU-nun tələbələrinə təlim keçib

Norveçin Oslo Universitetinin müəllimi Gunnar Olsen Azərbaycan Dillər Universitetində (ADU) olub.

ADU-dan AzEdu.az-a verilən məlumata görə, G.Olsen Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan II kurs tələbələrinə Norveç dili ilə bağlı təlim keçib və onların suallarını cavablandırıb.

Təlim ADU ilə Oslo Universitetinin 2015-2019-cu illəri əhatə edən əməkdaşlıq layihəsi çərçivəsində reallaşıb.