Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 12:51:00
Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Birgə lay-quyu sistemində qazın süzülmə prosesinin modelləşdirilməsi” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AzEdu.az-a verilən məlumata görə, seminarda tətbiqi riyaziyyat şöbəsinin aparıcı elmi işçisi Elxan Abbasovun mövzu üzrə məruzəsi dinlənilib. Məruzədə qazın süzülmə prosesinin inteqral modeli qurularaq quyuağzı təzyiqin dəyişmə qanunu nəzərə alınmaqla lay-quyu sistemində qazın birgə qeyri-stasionar hərəkət tənliklərinin həlli məsələləri diqqətə çatdırılıb. Qeyd olunub ki, quyunun ani olmayaraq bağlanması zamanı quyuağzı və quyudibi təzyiqlər tapılır. Lay-quyu sisteminin dinamik əlaqəsi və quyuya qaz axınının ani olmayaraq dayanması nəzərə alınmaqla təzyiqin bərpa əyrisini öyrənməyə imkan verən analitik ifadələr alınır.