Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 12:03:00
BMU-da “Sosial Layihələr” müsabiqəsinin təqdimatı keçirilib

AzEdu.az xəbər verir ki, “Sosial layihələr” müsabiqəsinin rəhbəri Şahin Seyidzadə tərəfindən keçirilən

təqdimatda müsabiqənin məqsədi, iştirak şərtləri, müraciət qaydaları, qeydiyyatdan

keçmək üçün tələb olunan sənədlər, layihənin əhatə etdiyi mövzular barədə geniş

məlumat verilib.

Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Layihələrin qeydiyyatı

http://musabiqe.riib.az/ elektron sistemi vasitəsilə onlayn qayada həyata keçirilir.

Müsabiqə barədə riib.az saytından, “150” çağrı mərkəzi və “Sosial layihələr”

müsabiqəsinin rəsmi facebook və instagram səhifələri vasitəsi ilə ətraflı məlumat

əldə etmək olar.

Xatırladaq ki, müsabiqəyə təqdim olunan layihələr cəmiyyət üzvlərinin fiziki,

sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, həyat və sağlamlığının

qorunmasına, elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və

maarifləndirmə işinin təkmilləşdirilməsinə, təbiət və ətraf mühitin mühafizəsinə,

cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına və bu sahədə bərabər

imkanların yaradılmasına dair təşəbbüsləri əhatə edir.