Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 11:05:00
Azərbaycan Universitetinin tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında uğurlu nəticə əldə ediblər

Azərbaycan Universitetinin tələbələri Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışını ilk onluqda – doqquzuncu yerdə başa vurublar. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihədə bu il 49 ali təhsil müəssisəsinin komandası iştirak edib.

AzEdu.az xəbər verir ki, bilik yarışında suallar ulu öndər Heydər Əliyevin irsini, Azərbaycan tarixinin mühüm dövr və hadisələrini əhatə edib. Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.

2014-cü ildən etibarən hər il həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır.

Komandamızın tərkibi

Tünzalə Kazımova (Tarix, IV kurs)

Zümrüd Kazımlı (Tarix, IV kurs)

Pənah Piralıyev (Tarix, IV kurs)

Ruslan Ağakişiyev (Tarix, IV kurs)

Zivər Məmmədova (Tərcümə, I kurs)

Elnurə Cavadova (Filologiya, I kurs)

Sübhan Xıdırzadə (Sosial iş, I kurs)

Türkay Kazımova (Tarix, II kurs)