Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 10:41:00
Bu il İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən 206 elmi əsər nəşr olunub

“2019-cu il ərzində institutda Big Data analitikası və verilənlərin intellektual analizi texnologiyaları, informasiya təhlükəsizliyi, kiberfiziki sistemlərin tədqiqi, bulud texnologiyaları, elektron dövlət, elektron elm və elektron təhsilin formalaşması problemləri, proqram mühəndisliyinin elmi-nəzəri problemləri, süni intellekt və sosioinformasiya texnologiyaları, elektron təhsilin elmi-nəzəri problemləri və digər prioritet istiqamətlərdə araşdırmalar aparılıb”.

AzEdu.az xəbər verir ki, bu sözləri İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bildirib.

Alim elmi tədqiqatların nəticəsi kimi İnformasiya Texnologiyaları institutunun əməkdaşları tərəfindən nəşr olunmuş məqalələr haqqında da məlumat verib. Bu il 50-si xaricdə (o cümlədən Web of Science-da 15, Scopus-da 21), 39-u respublikada olmaqla 89 məqalə, beynəlxalq səviyyəli elmi konfranslarda 45-i, respublika səviyyəli elmi konfranslarda 64-ü olmaqla 109 tezis və 8 kitab, ümumilikdə 206 elmi əsər nəşr olunub.