Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 09:00:00
Qəbul imtahanlarının hesablanma qaydasının ən sadə variantı- Çaşqınlıqdan qurtulun

2019-cu ildə keçiriləcək qəbul imtahanlarının hesablanma qaydası Dövlət İmtahan Mərkəzi tərəfindən elan edildiyi zaman  qaydalar müxtəlif düsturlarla riyazi dildə ifadə olunduğundan bir çox abituriyent üçün qaranlıq qaldı.

AzEdu.az  o zaman yaranan çaşqınlığı nəzərə alaraq təhsil üzrə mütəxəssis Elxan Nəcəfovun balların hesablanma qaydalarıyla bağlı ətraflı izahı təqdim etdi. 

Yaddaş üçün həmin sadə üsulları bir daha təqdim edirik:

 Düstur və izaha əsasən balların hesablanması aşağıdakı kimidir.

QAYDALAR:

Şagird hər bir qrupda iki fəndən maksimum 150 bal, bir fəndən isə maksimum 100 bal toplaya bilər. Bu halda qrup üzrə maksimum bal 400 edir.

100 ballıq fənlərdə nəticənin hesablanması - QAPALI TESTLƏR:

Məlumdur ki, səhv cavabların doğru cavablara təsir etməsi yalnız qapalı testlərə aid edilir. Tutaq ki, şagird qapalı testlərdə  16+(düz) 4-(səhv) yazıb. 4 səhv 1 düzü aparır nisbəti ilə götürsək, bu halda yekun nəticə 15 düz edir.

AÇIQ TESTLƏR:

Təsəvvür edək ki, şagirdin açıq testlərdən (ümumi 5 açıq test olur)  2+(düz), 3- (səhv) yazıb. Bu tipli testlərdə səhv cavablar doğru cavablara təsir etmədiyi üçün düzgün cavabların sayı dəyişilmir : 2 düzgün cavab.

SİTUASİYA TİPLİ TAPŞIRIQLAR:

Situsasiya ( mətn, mənbə) test tapşırıqlarında (ümumi 3 tapşırıq) hər bir tapşırığa verilən maksimum bal 2-dir. Əgər şagird həmin tapşırıqlar üçün yazıla biləcək mümkün doğru cavabları tam və ya hamısını yazıbsa 2 bal, yarımçıq yazıbsa 1 bal, səhv yazıbsa 0 bal alır.

Təsəvvür edək ki, şagird yazıla bilən tapşırıqların birinə cavab verə bilməyib 0 bal alıb, ikinciyə yarımçıq cavab yazıb 1 bal alıb, üçüncü suala tam cavab yazdığı üçün 2 bal alıb. Bu halda yazıla bilən tapşırıqlardan şagirdin topladığı bal 3 edir.

NİSBİ BAL HESABLANMASI:

Yuxarıda verilən izahlar əsasında şagirdin 100 ballıq fənn üzrə nisbi bal hesablanması aşağıdakı kimi olacaq:

Qapalı testdə 16 düz 4 səhv yazdığı üçün DİM-in düsturuna görə doğru cavablardan biri silinir vəv5 doğru cavab hesablanır.

Açıq testlərdə səhvlər düzlərə təsir etmədiyi üçün 2 düz, 3 səhv olduğu üçün nəticə 2 doğru kimi hesablanır.

Yuxarıda izah olunan nəticələrdən aydın olur ki, şagird situsasiya ( mətn, mənbə) tapşırıqlarından 3 bal toplayıb.

Nəticə:

15 (qapalı test)+2 (açıq test) +3 (yazıla bilən) =20

DİM-in düsturuna görə tətbiq etsək,  20*100:33= 60.60 bal     

(Burada 33 fənn üzrə suallara verilən maksimum balı bildirir)

Əgər eyni nəticə ilə 150 ballıq fənni hesablasaq alınan nəticəni 1,5 -ə vurmalıyıq

 60.60 * 1,5= 90.9

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları