Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-13 20:13:00
Tarix İnstitutunda BMT-nın Baş katibinin xüsusi nümayəndəsi ilə görüş olacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi şurasının genişləndirilmiş iclasında BMT-nin Baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Mətuq Əl-Mətuq ilə görüş keçiriləcək.

Tarix İnstitutundan AzEdu.az-a verilən məlumata görə,  görüşdə Abdullah Mətuq Əl-Mətuqa institutun fəxri doktoru diplomu təqdim ediləcək.

Tədbir noyabrın 15-i saat 11:00-da AMEA-nın əsas binasında keçiriləcək.