Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-13 17:58:00
İmadəddin Nəsimiyə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq, noyabrın 29-dan dekabrın 1-dək “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə AzEdu.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan bildirilib.

Beynəlxalq konfransın təşkilatçıları AMEA-nın Tarix, Şərqşünaslıq və Elm Tarixi institutlarıdır.