XƏBƏRLƏR

13.11.2019 15:17
Şimal bölgəsinin təhsilsiz qalan azyaşlıları – Bağça problemi

Ölkəmizin Quba-Xaçmaz iqtisadi rayonunda ən az məktəbəqədər təhsil müəssisəsi Şabranda qeydə alınıb. Burada cəmi 3 məktəbəqədər müəssisə fəaliyyət göstərir.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.

Məcmuədə qeyd olunan göstəricilərə əsasən, Quba-Xaçmaz iqtisadi rayonunda ən çox uşaq bağçası Xaçmazda fəaliyyət göstərir. Burada 25 məktəbəqədər təhsil müəssisəsi qeydə alınıb. Müəssisələrdə ümumilikdə 929 azyaşlı təhsil alır.

Məktəbəqədər təhsil müəssisələrinin say çoxluğuna görə ikinci yerdə 16 müəssisə ilə Quba rayonu gəlir. Buranın məktəbəqədər təhsil müəssisələrində isə 729 uşaq təhsil almaqdadır.

Qusarda 13, Siyəzəndə 5 məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Onlarda uyğun olaraq 550, 430 şagird təhsil alır.

Şimal bölgəsində ən az  bağça isə Şabranda qeydə alınıb. Orada cəmi 3 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. burada oxuyan azyaşlıların sayı isə 205-dir.

Şimal bölgəsindəki məktəbəqədər təhsil müəssisələrində ən az sıxlıq isə Quba rayonunda müşahidə edilir. Buradakı məktəbəqədər müəssisələrdə 100 yerə düşən uşaqların sayı 93-dürsə, bölgənin digər rayonlarında bu say elə 100-dür.

Qeyd edək ki, AzEdu.az Azərbaycanın ayrı – ayrı bölgələrindəki məktəbəqədər təhsil müəssisələri, onların sayı və vəziyyəti ilə bağlı yazıları mütəmadi davam etdirəcək.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu