Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-13 13:49:00
AMEA Mərkəzi Elmi Kitabxanasının “Elmi əsərlər” jurnalı məqalə qəbulunu davam etdirir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Elmi əsərlər” jurnalı 2019-cu ildə növbəti ikinci nömrəsi üçün məqalə qəbulunu davam etdirir.

MEK-dən AzEdu.az-a verilən məlumata görə, jurnalın ikinci nömrəsi üçün məqalə qəbulu noyabrın 30-a qədər davam edəcək.

Jurnalda dərc olunacaq məqalələrin mövzu əhatəsinə dair tələblər:

- Kitabxana-informasiya elmi;

- Kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst ensiklopedik resurslar, “Vikipediya”, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.);

-Tarix, ədəbiyyat, incəsənət, türkologiya, digər humanitar və dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr.

Jurnalın hər nömrəsində elmi məqalələrlə yanaşı aşağıda qeyd olunan rubrikalara da yazılar qəbul edilir:

-Kitabxana-informasiya sahəsində tarixi hadisələri əks etdirən qısa məlumatlar və qeydlər;

-Kitabxana-informasiya sahəsində beynəlxalq standartlar;

-Digər ixtisaslar üçün kitabxana xəbərləri;

-Sahə üzrə yeni kitablar;

-Yerli və beynəlxalq tədbirlər təqvimi.

“Elmi əsərlər” jurnalı 2013-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestri”nə daxil edilib. Ətraflı məlumatla AMEA-nın saytından tanış olmaq mümkündür.