Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-13 12:59:00
Gürcüstanda yeni təhsil naziri təyin olunub

Gürcüstanın baş naziri Giorgi Qaxaria Mixeil Çxenkelini ölkənin təhsil, elm, mədəniyyət və idman naziri təyin edib.

AzEdu.az-ın məlumatına görə “Report”un yerli bürosu xəbər verir ki, yeni nazir bu vaxta qədər baş nazirin müşaviri işləyib.

O, 2017-2018-ci illərdə Gürcüstanın təhsil və elm naziri vəzifəsini tutub.

Qeyd edək ki, keçmiş təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili noyabrın 7-də istefa verib.