Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-13 09:35:00
İlin sözü seçildi – Ekologiyaya üstünlük verildi

Kembric lüğəti ilin sözü qismində “upcycling”i (“təkrar istifadə”) seçib.

AzEdu.az xəbər verir ki, bu barədə tədris mərkəzinin saytında məlumat verilir.

 “Kembric lüğətinin saytında “upcycling” sözünün axtarış sayı onlayn-lüğətə əlavə edildiyi 2011-ci ildən bəri 181%, bu səhifəyə giriş sayı isə iki dəfə artıb”, - deyə məlumatda bildirilir.

“Upcycling” yeni predmetlərin köhnələrdən və ya artıq istifadə olunmuş materiallardan hazırlanması deməkdir.