Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 17:10:00
“Vətənim Azərbaycan” ın daha bir qalibi  

Məlum olduğu kimi, bir müddətdir Lənkəran rayonunda  “Vətənim Azərbaycan” layihəsi çərçivəsində  “Azərbaycanın tarixi və coğrafiyası” üzrə Breynrinq bilik yarışması həyata keçirilir. Bu layihə istedadlı, savadlı uşaqların ortaya çıxarılması məqsədini daşıyır və növbəli şəkildə  Lənkəran rayonunun ayrı-ayrı əraziləri üzrə təşkil edilir. Növbəti yarış Lənkəranın  müəyyən olunmuş 4-cü ərazisi (Liman şəhəri və ona yaxın ərazilər) üzrə ümumtəhsil müəssisələrinin məktəbliləri arasında keçirilib.

 Lənkəran rayonunun Liman şəhər 1 saylı, Liman şəhər 2 saylı, Qumbaşı kənd, Boladi kənd 1 saylı, Boladi kənd 2 saylı, Nərimanabad 2 saylı, Üzümçülük qəsəbəsi tam orta məktəblərinin şagirdlərindən ibarət komandalar mübarizə aparıb. Yarışda mümkün 100 baldan 86 balı toplayan Lənkəran rayonu Qumbaşı kənd tam orta məktəbinin komandası ilk yeri qazanmaqla  “Vətənim Azərbaycan” layihəsinin final turuna vəsiqəni təmin edib.  II yeri 53  balla Lənkəran rayonu Boladi  kənd 1 saylı tam orta məktəbin komandası,  III yeri isə 33 balla Liman şəhər 2 saylı tam orta məktəbin komandası qazanıb. Müvafiq ərazi üzrə yarışa dəvət olunmuş, lakin  iştirak etməyən  4 orta məktəbin nəticələri isə  layihənin təşkilat komitəsi tərəfindən   “0”  balla dəyərləndirilib.

Qeyd edək ki, “Vətənim Azərbaycan” layihəsi çərçivəsində bilik yarışı Lənkəran rayonunda daha 1 istiqamət üzrə həyata keçiriləcək. Növbəti yarışmanın mərkəzi Lənkəran rayonu Darquba kənd tam orta məktəbi olacaq.

(Azərbaycan müəllimi)