Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 15:46:00
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək

Noyabrın 29-da AMEA Rəyasət Heyəti və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı keçiriləcək.

AMEA-dan  AzEdu.az-a bildirilib ki, konfransda fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.