Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 15:10:00
Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

İnstitutdan AzEdu.az-a bildiriblər ki, çap kitablarının tədqiqi şöbəsinin müdiri, əlyazmaların bərpası və gigiyenası laboratoriyasının müdiri, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələri vakant yerlərdir.

Müsabiqədə uyğun ixtisaslar üzrə ali təhsili olan və mühüm elmi tədqiqatlar aparan, müvafiq elm sahələri üzrə elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi və sahə üzrə iş təcrübəsi olan, elmi nəticələri nüfuzlu jurnallarda dərc olunan ixtisaslı mütəxəssislər iştirak edə bilər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc olunan gündən etibarən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir: Ünvan: Bakı şəhəri, Istiqlaliyyət küçəsi 26, II mərtəbə, 30-cu otaq. Kadrlar şöbəsi. Tel.: (+99412) 505 68 93.