Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 14:59:00
Bakıda tələbələrin sənədli filmləri nümayiş olunub

Azərbaycan Xalça Muzeyində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Fantaziya” festivalı çərçivəsində qısametrajlı sənədli filmlərin nümayişi keçirilib.
AzEdu.az-ın məlumatına görə, filmlərin müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universititetinin Kino və releviziya rejissorluğu fakültəsinin tələbələridir.

Qeyd edək ki, filmlər 4-8 noyabr tarixlərində Azərbaycana gəlmiş dünya şöhrətli sənədli filmlər rejissoru Robert Romboutun tələbələrə verdiyi ustad dərsləri nəticəsində hazırlanıb.  Səs və görüntü kateqoriyaları üzrə rejissor Robert Romboutun tapşırıqlarına uyğun ərsəyə gələn filimlərin mövzusu Bakının qədim tarixini özündə daşıyan və hazırda sökülmək üzrə olan “Sovetski”dir.  
Görüntü kateqoriyası üzrə hazırlanmış və “Sovetski”nin mətbəxi mövzusunda çəkilmiş “Sovetskinin dadı” filminin rejissoru Səməd Ağayev, körpə qızın gözüylə çəkilmiş “İtirilmiş xatirələr” filminin rejissorları Almas Qasımova, Güllü İsmayılzadə və Pərvanə Nəsirova, sökülməkdə olan topun fonunda “Sovetski”ni təsvir edən “Aşağı” filminin rejissorları Murad Şükürlü və Cavid Əmiraslanovdur.
“Söküntü” adlı filmin rejissor heyəti Nicat Qulam və Sahil Məmmədov, qadın paltarları fonunda kişilərin gözüylə “Sovetski”nin imicini açmağa çalışan “Paltarlar” filminin rejissorları Atanur Nəbiyeva və Azər Şükürlü, səs kateqoriyası üzrə çəkilmiş “Sovetski”dəki rahatlığı başqa heç bir yerdə tapa bilməyən insanların həsrətini özündə əks etdirən çox maraqlı bir filmin rejissorları Şəmsi Tağıyev və Mirvüqar Abdulov, itin gözü ilə yurd yerinin həsrəti və sökülən dar küçələrdəki sevincli və kədərli günlərin xatirəsinin özündə əks etdirən “Çarlinin payızı” filminin relissorları isə Leyla Əsədullayeva və Bilqeys Əhməd Vasifdir.
Tədbirdə çıxış edən sənədli filmlər rejissoru Robert Rombaut dərslərdən çox xoş xatirələrlə ayrıldığını və bu qısa müddət ərzində ustad dərslərinə gələn, film ərsəyə gətirən bütün tələbələrə uğurlar arzu edib. Təqdimatda həmçinin “Birləşmiş mədəniyyət” beynəlxalq təşkilatının rəhbərliyi və eyni zamanda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

(Modern.az)