XƏBƏRLƏR

12.11.2019 14:07
Professor baş naziri küçə döyüşünə çağırdı: “Sağ ol ki, döyüşməyi bizə öyrətmisən!”

Ermənistanda erməni dili və erməni tarixinin tədrisinin məcburi olmaması ilə bağlı Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Ali Təhsil və Elm haqqında qanun layihəsinə etdiyi dəyişiklik cəmiyyətdə ciddi qarşıdurmaya səbəb olub. Dəyişiklikdə “erməni dili", "erməni ədəbiyyatı" və "erməni tarixi" fənləri ali təhsil müəssisələrində tədrisinin bundan sonra məcburi xarakter almadığı vurğulanıb.

AzEdu.az-ın məlumatına görə moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, bir neçə gündür ki, Təhsil Nazirliyi qarşısında aksiya keçirən filologiya və tarix fakültələrinin müəllim-tələbə kontingenti nazirliyin məlum qərarına etiraz edərək bunu rüsvayçı qərar adlandırıb. Aksiyada iştirak edən professor heyəti hesab edir ki, baş nazir Nikol Paşinyanın hələ də bu etirazlara reaksiya verməməsi anlaşılan deyil və bu, rəsmi İrəvanın erməni dili və tarixinə olan ögey münasibətindən xəbər verir.

Paşinyanı küçə döyüşünə çağıran etirazçılar, baş nazirə həm də təşəkkür ünvanlayıb. Onlar qeyd ediblər ki, məhz Paşinyanın sayəsində erməni cəmiyyəti küçə döyüşlərini öyrənib və mübarizənin bu növünə hər zaman hazırdır. Onlara küçə döyüşünü öyrətdiyi üçün Paşinyana təşəkkür bildirən etirazçılar, baş naziri qaçıb gizlənməməyə, ortaya çıxaraq onlarla döyüşməyə səsləyib. Sona qədər müqavimət göstərəcəklərini bildirən etirazçılar, Təhsil Nazirliyinin qərarını əsl soyqırım adlandırıb:

 “Universitetlərdə erməni dilindən, erməni xalqının tarixindən qurtulmaq istəyirlər. Erməni dili və  kilsə tarixindən qurtulmaq istəyi var. Bunlar millətimizin kimliyinin əsas elementləridir, əgər bunlar aradan qaldırılsa, bu millət üçün soyqırımdır ”.

İlin gənc müəllimi-Müraciət formu