Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 13:55:00
Alimlər su üzərində üzə bilən unikal metal yaratdılar

ABŞ-ın Roçester şəhərində yerləşən özəl tədqiqat universitetinin alimləri su üzərində üzə bilən xüsusi metal yaradıblar. AzEdu.az xəbər verir ki, Rochester Universitetinin tədqiqatçıları bu metalı lazerin köməyilə hazırlayıblar.

Bu, gələcəkdə suda sərbəst hərəkət edəcək yeni nəqliyyat vasitələri yaratmağa imkan verən inqilabi bir kəşfdir. Material gəmilərin və ya daima suyun səthində qalan obyektlərin inşası üçün xidmət edə bilər.

Alüminium plitələr lazerlə elə işlənir ki, materialın "super möhkəm"liyinə səbəb olub. Metalın quruluşu belədir – onun kənarları boyunca iki lövhə sıxılaraq arasında sanki hava qabarcığı yaradır və bu, metalı suyun səthinə çıxmağa məcbur edir.(ted.az)