Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 11:52:00
Gədəbəyin ötənilki qəbul göstəriciləri - Tələbəsiz kəndlər

2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

Budəfəki  yazıda Gədəbəy rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 747 şagird bitirib, onların 732 nəfəri buraxılış imtahanında iştirak edib və 377 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb. Rayon məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal 14.46, riyaziyyat fənnindən 14.95, xarici dil (kimya) fənnindən 12.08, hər üç fənn üzrə birlikdə 41.5-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 16.81%, 11.30%, 18.06%, 15.29% aşağıdır.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 25.82%-i “2”, 36.61%-i “3”, 23.63%-i “4”, 13.93%-i “5”, riyaziyyat fənni üzrə 31.56%-i “2”, 22.81%-i “3”, 25.68%-i “4”, 19.95%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 34.02%-i “2”, 35.25%-i “3”, 17.90%-i “4”, 12.84%-i “5” qiyməti alıb. Ümumilikdə, 733 nəfər attestat alıb.

Rayon abituriyentlərinin I-IV qruplarda ana dili, fizika, kimya, biologiya və ingilis dili fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır.

Rayon məzunlarının 43 nəfəri 500-dən, o cümlədən 20 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Gəncə Dövlət Universitetinə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 259.482-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 5.3% aşağıdır.

Beləliklə, rayon abituriyentlərinin yalnız 38.00%-i 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 10.13%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 31.65%-dir.

Qəbul imtahanlarında 55 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Miskinli kənd 1 saylı, Habil Allahyarov adına Soyuqbulaq kənd, X.Haqverdiyev adına Çaldaş kənd, Daryurd kənd, Qaravəllər kənd, Əlinağılar kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Pərizamanlı kənd tam orta məktəbi abituriyentlərinin I-IV qruplar üzrə topladığı orta bal 100-dən aşağıdır. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Çalburun kənd və Slavyanka kənd 1 saylı tam orta məktəbləri daxil olub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları