XƏBƏRLƏR

12.11.2019 09:28
Ankarada yeniyetmə həmyerlimizin rəsm sərgisi keçirilib

Azərbaycanın Ankaradakı səfirliyində həmyerlimiz, yeniyetmə rəssam Leyli Heydərlinin fərdi sərgisi keçirilib. Rəsmi şəxslər, o cümlədən millət vəkilləri, Ankarada Azərbaycanı təmsil edən soydaşlarımız sərgini ziyarət ediblər.

AzEdu.az xəbər verir ki, 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə açılan sərgi “Leylinin rəngli dünyası-3” adı altında ziyarətçilərə təqdim olunub. Azərbaycanın təbiət mənzərələri, dövlət atributlarımız, rəssamın öz təxəyyülü ilə fırçalanan mövzular istedadlı yeniyetmənin yaradıcılığında xüsusi mövzular təşkil edir. L.Heydərlinin fırçasının və rənglərin gücüylə həyat verdiyi portretlər onun tükənib-bitməyən Azərbaycan sevgisini tərənnüm edir. Rəssamlıq yolunda uğurla addımlayan L.Heydərlinin rəng seçimindəki məharəti onun yaradıcılığına xüsusi bir gözəllik bəxş edir. Leyli Heydərli səfirliyimizin diplomu ilə təltif olunub.

Qeyd edək ki, hazırda Bakıdakı 6 saylı məktəb-liseyinin səkkizinci sinfində təhsil alan Leyli Heydərli buna qədər iki uğurlu fərdi sərgi keçirib. Bir sıra müsabiqələrin qalibi olub. (AZƏRTAC) 

İlin gənc müəllimi-Müraciət formu