Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-11 16:17:00
Şagirdlərimiz 56 komanda içərisində II yerdə qərarlaşdılar –Beynəlxalq müsabiqə

“ICPC Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin subregional ölkə mərhələsində şagirdlərimiz 56 komanda arasında reytinq cədvəlinin ilk 2 yerində qərarlaşıblar”

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında Təhsil İnstitutunun   İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib.

“Universitet tələbələrinin ICPC Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin Bakı Mühəndislik Universitetində keçirilən subregional ölkə mərhələsində ali məktəb tələbələri ilə yanaşı məktəbli olmalarına baxmayaraq mərkəzimizin iki komandası iştirak edib. Şagirdlərimiz yüksək nəticə göstərərək 56 komanda arasında reytinq cədvəlinin ilk 2 yerində qərarlaşıblar”.

Fuad Qarayev şagirdlərə ürək sözlərini də bildirib:

“Məktəbli şagirdlərimizi təbrik edirik və bu yarışın növbəti mərhələlərində eləcə də iştirak edəcəyiniz bütün digər beynəlxalq müsabiqələrdə, ən əsası IOI 2020 Beynəlxalq İnformatika Olimpiadasında müvəffəqiyyətlər arzulayırıq”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları