Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-11 14:46:00
Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçiriləcək

Noyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Birgə lay-quyu sistemində qazın süzülmə prosesinin modelləşdirilməsi” mövzusunda elmi seminar keçiriləcək.

Riyaziyyat və Mexanika İnstitutundan AzEdu.az-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin tətbiqi riyaziyyat şöbəsinin aparıcı elmi işçisi Elxan Abbasovun mövzu ilə bağlı məruzəsi dinləniləcək.

Məruzədə qazın süzülmə prosesinin inteqral modeli qurularaq, quyuağzı təzyiqin dəyişmə qanunu nəzərə alınaraq, lay-quyu sistemində qazın birgə qeyri-stasionar hərəkət tənliklərinin həllinə baxılır. Quyunun ani olmayaraq bağlanması zamanı quyuağzı və quyudibi təzyiqlər tapılır. Lay-quyu sisteminin dinamik əlaqəsi və quyuya qaz axının ani olmayaraq dayanması nəzərə alınaraq, təzyiqin bərpa əyrisini öyrənməyə imkan verən analitik ifadələr alınır.