Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-11 13:57:00
Çaya düşən məşhur alimin çantasından sevgilisinin qolları tapıldı
Rusiyanın tanınmış tarixçisi Oleq Sokolov düşdüyü çaydan xilas edilib.
 
AzEdu.az Moderator.az-a istinadən  xəbər verir ki, xilas edilən tarixçinin çantasından kəsilmiş qadın qolları tapılıb. Sankt-Peterburq polisi Sokolovu qətldə şübhəli bilərək həbs edib. 
 
Rusiya mediasının yazdığına görə polis Sokolovun evindən daha öncə birlikdə akademik işlərlə məşğul olduğu 24 yaşlı Anastasiya Yesçenkonun başı kəsilmiş meyitini tapıb. 
 
Qeyd edək ki, 2003-cü ildə Sokolov  imperator Napoleon Bonapart haqqında araşdırma yazılarına görə Fransa dövləti tərəfindən “Şərəf” medalıyla təltif edilib.