Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-10 17:00:00
Fransada maddi çətinlik çəkən tələbə özünü yandırdı
Tələbə sosial media hesabında buna görə Fransanın son üç prezidenti Makron, Holland, Sarkozi və Avropa Birliyinin məsuliyyət daşıdığını deyib.
 
AzEdu.az əcnəbi mediaya istinadla xəbər verir ki, Saint Entienne şəhərində özünü yandıran 22 yaşlı tələbəni sevgilisi təcili tibbi yardıma zəng vurduqdan sonra xəstəxanaya yerləşdiriblər. Bədəninin 90 faizi yanan tələbə reanimasiya şöbəsində həyatla mübarizə aparır. Ölmək istədiyini deyən tələbə, “gəlin bizi ayıran faşizmlə bərabərsizliyi yaradan liberalizmlə mübarizə aparaq. Son arzum dostlarımın bu işi sona qədər davam etdirməsidir”-ifadələrini işlədib. 
 
Fransanın təhsil naziri Frederique Vidal isə hadisəylə bağlı Lyondakı universitet rəhbərliyilə görüşüb. Hadisəylə bağlı prokurorluq araşdırmaya başlayıb. Tələbə Həmkarlar İttiaqı isə intihar hadisəsinin tələbənin maddi sıxıntısıyla deyil, siyasi baxışlarıyla əlaqəli olduğunu bildirib. Universitet hadisədən sonra tələbələrlə söhbət üçün psixoloqlar cəlb edəcəyini bildirib.