XƏBƏRLƏR

10.11.2019 15:04
Müəllimlərin nəzərinə: Direktorun bu kadrları işdən çıxarmaq səlahiyyəti yoxdur

AzEdu.az müəllim və direktorlara dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin ləğvini şərtləndirən amillər, sənədləşdirmə qaydaları, müqaviləyə xitam verilərkən işçinin hüquqları və s. kimi mövzularla bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Müəllimləri maraqlandıran məsələlərdən biri də işdən çıxarılma ilə bağlıdır.

Sual:

Direktorun hansı müəllimlərin əmək müqavillərinə xitam vermək səlahiyyəti yoxdur?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Əmək Məcəlləsi ilə tənzimlərin Məcəllənin 79-cu maddəsinə əsasən, direktorun aşağıdakı işçiləri işdən azad etmək səlahiyyəti yoxdur:

-Hamilə, habelə üç yaşınadək uşağı olan qadın, üç yaşınadək uşağını təkbaşına böyüdən kişi müəllimləri;

-Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçiləri;

-Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;

-İşçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;

-Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

-Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçiləri;

Qeyd olunanlar müəssisənin ləğv edilməsi  və müddətli əmək müqaviləsinin vaxtı bitməsi hallarına şamil edilmir.

Qeyd edək ki, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu