Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-10 09:57:00
Qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzində tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Təsviri sənət” istiqamətli ixtisasları  üzrə seminar keçirilib.

AzEdu.az xəbər verir ki, seminarda 2020/2021-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Təsviri sənət” istiqamətli ixtisasları üzrə qabiliyyət imtahanlarının məzmunu müzakirə edilib.

DİM nümayəndələrinin və bu ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan orta ixtisas təhsili müəssisələrinin ekspertlərinin iştirakı ilə aparılan müzakirələrdə aşağıdakı kimi qərar qəbul edilib.

2020/2021-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Dekorativ tətbiqi incəsənət və xalq sənəti”, “Dizayn”, “Rəngkarlıq”, “Qrafika”, “Teatr dekor sənəti” və “Rəssamlıq” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər “Rəsm” və “Rəngkarlıq” fənlərindən, “Heykəltəraşlıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər isə “Rəsm” və “Yapma” fənlərindən qabiliyyət imtahanı versinlər.

Qabiliyyət imtahanlarının proqramları, imtahanlara hazırlaşmaq üçün metodik tövsiyələr və digər məlumatlar DİM tərəfindən “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının müvafiq saylarında nəşr ediləcəkdir. DİM-in saytını və bu nəşrləri izləyin.