Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-10 09:30:00
Məleykə Abbaszadə Sabirabad rayonunda vətəndaşları qəbul edib

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə noyabrın 8-də şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Sabirabad rayonunda vətəndaşları qəbul edib.

AzEdu.az xəbər verir ki, qəbulda Sabirabad ilə yanaşı Şirvan, Hacıqabul, Salyan, Saatlı, və Neftçala rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

Görüşdə əsasən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi imtahanlarının və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının qaydaları, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.