XƏBƏRLƏR

09.11.2019 20:32
Azərbaycan alimləri beynəlxalq konfransda

Daşkənddəki Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində “Özbəkistan regional təhlükəsizlik və dəyişikliklər kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib.

AzEdu.az  xəbər verir ki, Böyük Britaniyanın Kenta və Kembric universitetlərinin dəstəyi ilə keçirilən konfransda Amerika Birləşmiş Ştatları, Rusiya, Belorus, İspaniya, Çin, Əfqanıstan və digər ölkələrin alimləri və ekspertləri iştirak ediblər.

Azərbaycandakı ADA Universitetinin dekanı, dosent Anar Vəliyev və bu ali təhsil ocağının müəllimi Azər Babayev də iştirakçılar arasında olublar.

Tədbirdə Özbəkistanda bütün sahələrdə islahatların dərinləşdirilməsinin Mərkəzi Asiyada beynəlxalq əlaqələrə, Böyük Avrasiyada sabitliyə və təhlükəsizliyə təsiri, regional problemlərin həllində etimad və qarşılıqlı anlaşma, Özbəkistandakı inteqrasiya prosesləri, Mərkəzi Asiyada irimiqyaslı beynəlxalq infrastruktur layihələrinin həyata keçirilməsi və digər mövzularda müzakirələr aparılıb.

Anar Vəliyevin “Azərbaycan regionun tranzit və nəqliyyat mərkəzi kimi” mövzusunda çıxışı maraqla qarşılanıb.

İlin gənc müəllimi-Müraciət formu