Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-09 17:34:00
Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Bakıda Pekin təhsil sərgisi keçiriləcək

Çin hökumətinin "Bir kəmər - bir yol" təşəbbüsünün inkişafı və Azərbaycan-Çin humanitar əməkdaşlığın genişlənməsi çərçivəsində 13 noyabr 2019-cu il tarixində Bakıda "Pekin təhsil sərgisi" keçiriləcək. Çin Xalq Respublikası təhsilinin 70 illiyinə həsr olunmuş sərgidə Tibb Universiteti, Neft-kimya texnologiyaları institutu, İnformasiya elmləri və texnologiyaları institutu və s. daxil olmaqla Pekinin 15 aparıcı təhsil müəssisəsi iştirak edəcək.

Pekin Bələdiyyəsinin Təhsil Komissiyasının Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil etdiyi sərgidə iştirakçılar Çində təhsil almaq və ölkələrimiz arasında tələbə mübadiləsi imkanları ilə tanış ola biləcəklər.

Sərginin təntənəli açılış mərasimi saat 09:00-da Azadlıq prospekti, 1 ünvanında (Park Inn By Radisson Baku otelində) baş tutacaq.