XƏBƏRLƏR

09.11.2019 14:05
Sərgi, voleybol yarışı, bədii qiraət müsabiqəsi...

Naxçıvan Müəllimlər İnstitutunda “ 9 noyabr- Dövlət Bayrağı Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilib.

 Tədbirlər silsiləsində tələbələrin “ Dövlət Bayrağı Günü”nə həsr olunmuş  rəsm və əl işlərindən ibarət sərgi, oğlan və qız tələbələri arasında fakültələrarası voleybol yarışı,  bədii qiraət müsabiqəsi və sonda yekun tədbir keçirilib.

 İnstitutun rektoru  Elbrus İsayev qürur və fəxarət yerimiz olan üçrəngli bayrağımızın keçdiyi tarixi yol, bayrağımız, vətənimiz uğrunda xalqımızın apardığı mübarizələr, “Dövlət Bayrağı Günü”nün təsis olunması ilə bağlı Azərbaycan  Prezidentinin imzaladığı sərəncam haqqında geniş məlumat verib. O, bayrağımızın daima yüksəklərdə dalğalanması üçün müəllim və tələbələrin üzərinə düşən vəzifələrdən danışıb.

 Sonra bayram münasibətilə keçirilən yarış və müsabiqə qaliblərinə fəxri fərman və diplomlar təqdim edilib.

İlin gənc müəllimi-Müraciət formu