Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-08 09:00:00
Rəsədxana: Günəş küləyi parametrlərində güclənmə müşahidə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

 AzEdu.az xəbər verir ki, rəsədxanadan  verilən məlumata görə, kosmik  hava  durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb. Hesabat dövründə Günəş küləyi parametrlərində ötən dövrə nisbətən güclənmə müşahidə olunub. Günəş küləyinin sürəti 450 km/san-dək olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən sakitdir (Kp=2, 3). 

Noyabrın 9-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır. Geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir. (APA)